22 iyul 2025 15:36
146

"AstraZeneca" ABŞ-a 50 milyard dollar sərmayə yatıracaq

Britaniyanın əczaçılıq şirkəti "AstraZeneca" 2030-cu ilə qədər ABŞ iqtisadiyyatına 50 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin "astrazeneca.com" saytında məlumat yerləşdirilib.

Vəsait Virciniyada yeni dərman istehsalı zavodunun tikintisinə və Merilend, Massaçusets, Kaliforniya, İndiana və Texas ştatlarında tədqiqat mərkəzlərinin genişləndirilməsinə sərf olunacaq.

"AstraZeneca" izah edib ki, qərar Donald Trampın ABŞ hüdudlarından kənarda istehsal olunan əczaçılıq məhsullarına 200%-ə qədər tarif tətbiq etmək niyyəti ilə bağlıdır. Prezident Tramp daha əvvəl demişdi ki, şirkətlərə hasilatı ölkəyə köçürmək üçün 18 aya qədər vaxt verilə bilər.