24 iyul 2025 10:08
440

Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb

Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb.

Hadisə rayonun Cumakənd kəndində qeydə alınıb.

3 aylıq körpə A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.

Məlumata görə, valideynləri körpəni Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

"Report"