Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.
2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.
Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib