Sabirabad rayonunun Qaragüney kəndi ərazisində 20 yaşlı gənc su kanalında boğulub.
“İki sahil” xəbər verir ki, suda boğulan Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Elşən oğlu Musayevdir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hazırda axtarış işləri aparılır.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib