İsmayıllı rayonunda avtomobil piyadanı vurub.
“İki sahil” xəbər verir ki, Hüseynov Arif Dəmir oğlu idarə etdiyi “Vaz 2106” markalı avtomobillə rayonun Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Vahidova Göyçək Məhəmmədəli qızını vurub.
Nəticədə G.Vahidova aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib