26 iyul 2025 18:13
137

Şuşanın Böyük Qaladərəsi kəndində yanğın qısaqapanmadan yaranıb

Şuşa rayonu Böyük Qaladərəsi kəndi ərazisində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.

Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.

Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatına görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.