Qax rayonunda yerləşən şadlıq saraylarından birində bədbəxt hadisə baş verib.
2002-ci il təvəllüdlü, əslən Ağdam rayonundan olan Orxan Nizami oğlu Qarayev tədbir zamanı şadlıq sarayının pilləkənindən yıxılıb.
Hadisə nəticəsində o, ciddi xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müayinə zamanı O.Qarayevə kəllə-beyin silkələnməsi diaqnozu qoyulub. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.
Oxu.Az