Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, "FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal qurumun Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib