28 iyul 2025 17:45
129

Qubadlıda maşın aşıb

Qubadlıda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qubadlı rayonu ərazisində hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlar Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend