28 iyul 2025 18:23
157

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in sədri Zaqatalada vətəndaşlarla görüşəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova avqustun 1-də Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Zaqatala rayonu, Car küçəsi, 1) Şəki şəhərindən, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.

“İki sahil” Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər (012)-5108430 (daxili:72-65) nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 12 saylı Şəki Ərazi İdarəsinə (telefon: 050 5191323, elektron poçt ünvanı: dedkr.12sayli@emlak.gov.az) və 18 saylı Zaqatala Ərazi İdarəsinə (telefon: 055-306-61-07, elektron poçt ünvanı: dedkr.18sayli@emlak.gov.az) iyulun 31- saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.