Şəkidə ağır yol qəzası olub.
“İki sahil” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib