Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü M.Huseynli qolunun və qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, M.Huseynli tanışı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib
İnterpolun axtardığı şəxs Monteneqroda saxlanıldı — Azərbaycana ekstradisiya olunur