İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlara dönüşü davam edir.
“İki sahil” xəbər verir ki, iyulun 29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Bu gün Ağdam rayonunun Xıdırlı kəndində 60 ailə olmaqla, 236 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.