Xankəndidə iyulun 19-21-də keçirilən III Şuşa Qlobal Media Forumunun təşkilində iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Vurğulanıb ki, təşəkkürnamələri MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov təqdim edib. O, könüllülərin beynəlxalq tədbirin uğurla keçirilməsində göstərdikləri əzmkarlıq, peşəkarlıq və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak etdiyi III Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.
Xilasedicilərin xidmət apardığı çimərliklərdə insanların təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub
Bakı Dəniz Vağzalında Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
Xilasedici xidmətlərin yerləşdirilməsi risklərin qiymətləndirilməsi əsasında aparılır