İmişli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib.
Qəza saat 12 radələrində İmişli şəhərinə giriş yolunun Qaralar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “VAZ-21099” markalı minik avtomobili, “MAN” və “Ford” markalı iki yük maşını toqquşub.
İlkin məlumata görə, “VAZ-21099”un sürücüsü – İmişli rayonunun Çahar kənd sakini, 1964-cü il təvəllüdlü Vidadi Cəfərov və avtomobildəki sərnişinlər – həmkəndliləri, 1964-cü il təvəllüdlü Gülbəniz Cəfərova və 1956-cı il təvəllüdlü Vilayət Abbasova hadisə yerində dünyasını dəyişiblər. Həlak olan şəxslərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Qəza zamanı xəsarət alan Samirə Cəfərova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC