Astarada turistlərə bələdçilik edən gənc yıxılaraq ölüb.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Hamuşam kəndi ərazisində baş verib.
Belə ki, turistlərə bələdçilik edən 29 yaşlı Günəşli kənd sakini Rufiz Zamanov yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Zamanova ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bələdçinin yaxınlarının "Report"a bildirdiyinə görə, R.Zamanov yıxılmasına epilepsiya keçirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
“Ailəm könüllüləri” proqramındakı fəaliyyətlərini uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunublar
Dövlət torpaqlarını qanunsuz satmaqda təqsirləndirilən 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib