03 avqust 2025 21:07
97

Cənubi Koreya prezidenti hökumətə yutubda saxta xəbərlərin qarşısını almaq üçün tədbirlər görməyi tapşırıb

Cənubi Koreya prezidenti Li Çje Myon hökumətə yutub kimi onlayn platformalar vasitəsilə saxta xəbərlərin yayılmasının əsaslı şəkildə qarşısını almaq üçün tədbirlər hazırlamağı tapşırıb.

İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin iyun ayında keçirilən iclasının protokolları bazar günü yayılıb.

Daxili işlər nazirliyi tərəfindən açıqlanan 19 iyun iclasının protokolunda Li, "Saxta xəbərlərin pul qazanmaq üçün istifadə edildiyi bir çox hal var. Pul qazanmaq üçün qanunsuz hərəkətlərə əl atmağın qarşısı əsaslı şəkildə alınmalıdır", - deyib.

Prezident belə yutuberlərin nümunəvi ziyan kimi cəza tədbirləri tətbiq etməyi təklif edərək, Ədliyyə Nazirliyini müvafiq tədbirləri nəzərdən keçirməyə çağırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”