04 avqust 2025 08:56
132

Haitidə quldurlar sığınacaqdan əlil uşaqları qaçırıblar

Haitinin paytaxtında yerləşən Kenskoff kommunasında silahlı cinayətkarlar əlilliyi olan uşaqlar üçün sığınacağa hücum ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə yerli “RTVF” radiosu məlumat yayıb.

“Viv-Ansam” adlı dəstə divarı dağıdaraq sığınacağa daxil olublar və bir neçə əlil uşağı, o cümlədən qurumun direktoru və irlandiyalı humanitar işçi Cinanı qaçırılıb.

Hüquq-mühafizə orqanları və ya Haiti səlahiyyətliləri hələ hadisəyə münasibət bildirməyib.