ABŞ-də 1981-ci ilin "DeLorean DMC-12" kupesi tapılıb. "Gələcəyə Qayıdış" filmindəki məşhur avtomobil uzun illər sahibsiz qarajda dayanıb.
“İki sahil” xəbər verir ki, "DeLorean"in vəziyyəti ortadır. Hazırda kolleksiya modelini bərpa etmək üçün ona yeni sahib axtarılır.
Avtomobilin cilalanmış polad gövdəsi toz və kir təbəqəsi ilə örtülüb, interyerin isə quru təmizlənməyə ehtiyacı var.
Qeyd olunur ki, avtomobilin ön hissəsi xarab olub və o hərəkət etmək iqtidarında deyil. Eyni zamanda, modelin yürüşü cəmi 4200 km-dir.
1981-1983-cü illərdə bu avtomobillərdən yalnız 8500 ədəd istehsal edilib. O "Peugeot", "Renault" və "Volvo" tərəfindən birgə hazırlanmış 2,7 litrlik 130 at gücünə malik V6 ilə təchiz edilib. 5 pilləli mexaniki transmissiya ilə "DeLorean" 100 km/saata 10 saniyəyə sürətlənir və maksimal sürəti 209 km/saata çatır.