05 avqust 2025 00:58
106

Rekord maaş təklifindən imtina etdi

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq "OpenAI" təşkilatının süni intellekt (AI) sahəsində mühəndisi Endryu Talloka 1-1,5 milyard dollar maaş təklif edib, lakin rədd cavabı alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Tallok bir neçə il əvvəl "Facebook"dan "OpenAI"yə keçib və "Thinking Machines Lab" startapının yaradıcısı olub.

Qeyd olunur ki, Zukerberq mühəndisə bir sıra bonuslar, həmçinin 1-1,5 milyard dollar maaş təklif edib, lakin mütəxəssis ondan imtina edib.

Bundan əlavə, "Meta" "Thinking Machines Lab"ı almağa çalışsa da, startapın yaradıcısı bu təklifdən imtina edib.