05 avqust 2025 14:43
160

ABŞ Hindistanın Rusiyadan neft alması ilə bağlı mövqeyini dəyişib - "Times Now"

Nyu-Dehlinin Rusiya nefti almasına görə Hindistanla qarşıdurmaya girən ABŞ ötən il buna etiraz etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın “Times Now” kanalı məlumat yayıb.

"Hindistan Rusiya neftini ona görə aldı ki, ABŞ kiminsə Rusiya neftini sabit qiymətə almasını istəyirdi. Bu, pozuntu və ya buna bənzər bir şey deyildi", - telekanal 2024-cü ildə ölkədəki keçmiş səfir Erik Qarsettidən sitat gətirib.

O, qeyd edib ki, belə bir siyasət dünya bazarında neftin qiymətinin artmasının qarşısını almağa yönəlib.

Qeyd olunur ki, bu çıxışın videosu internetdə ABŞ və Hindistan arasında Rusiya neftinin alınması ilə bağlı qarşıdurma fonunda populyarlaşıb.