06 avqust 2025 08:55
84

Rusiyalı senatora məxsus olduğu deyilən yaxta ABŞ-də hərraca çıxarılıb

ABŞ hakimiyyəti müsadirə edilmiş rusiyalı senator Süleyman Kərimova məxsus olduğu iddia edilən "Amadea" yaxtasını hərraca çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" telelviziya kanalı xəbər verib.

Məlumata əsasən, uzunluğu 100 metrdən çox olan, müsadirə edilmiş Amadea yaxtasının nümayiş olunacağı hərrac sentyabrın 10-da keçiriləcək. Hərracı bir vaxtlar Amadeanı Ficidən San Dieqo limanına çatdıran Milli Dəniz Xidmətləri təşkil edir.

Gəminin təxmini dəyəri təxminən 325 milyon dollardır, o, 16 sərnişin və 36 ekipaj üzvünü qəbul edə bilir. Yaxta üzgüçülük hovuzu, idman zalı, bir neçə kabin və helikopter meydançası ilə təchiz olunub.