05 avqust 2025 17:31
151

İtkin düşən yeniyetmə qız tapılıb

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib.

Komitə rəsmisi həmçinin ailələrə çağırış edib: “Bu kimi həssas hadisələr zamanı azyaşlının adı, fotosu və şəxsi məlumatlarının yayılması düzgün yanaşma deyil: “Belə hallarda uşağın hüquqları, məxfiliyi və psixoloji sağlamlığı ön planda olmalıdır və buna da istər ailə, istərsə də media tərəfindən əməl edilməlidir. Ailənin bu qədər detalla informasiya verməsi qətiyyən doğru deyil. Bu, uşağın hüquqlarının pozulması və onun gələcəyi üçün risk yarada bilər”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

Qeyd edək ki, yeniyetmənin anası açıqlamasında qızının zibil atmaq adı ilə evdən çıxdığını və daha sonra ona mesajında geri qayıtmayacağını söylədiyini vurğulamışdı.