05 avqust 2025 17:49
164

MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

İyulun 31-dən avqustun 4-dək keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 1519 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər növbəti vakansiya seçimi mərhələsində iştirak edə biləcəklər.