05 avqust 2025 18:12
150

Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

Füzuli şəhərinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kombi və sanitar qovşağın quraşdırılması, poliqrafiya xidmətləri, un məmulatları istehsalı zərfləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 53 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.