Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şüvəlan, İsmayıllı, Qəbələ, Zaqatala, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Ağdam, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) “Keys-menecment” mövzusunda təlimlər keçirilib.
Dövlət Komitəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli və Şüvəlan UADM-in sosial iş üzrə mütəxəssisi Nasir Hüseynov tərəfindən keçirilən təlimin əsas məqsədi Mərkəz əməkdaşlarının sosial işin aparılması istiqamətində bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.