06 avqust 2025 15:44
139

Hirosima sakinləri bombanın ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər - "Euronews"

Yüzlərlə Xirosima sakini Yaponiya şəhərinin nüvə bombalanmasının 80-ci ildönümünü qeyd etmək üçün etiraz aksiyası keçirib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Euronews" məlumat yayıb.

Etirazçılar Genbaku Dome Sülh Memorial Parkının yaxınlığında toplaşıblar. Yaponlar əllərində nüvə silahlarından əl çəkməyə və müharibələrə son qoymağa çağıran plakatlar və şüarlar səsləndiriblər.

6 və 9 avqust 1945-ci ildə ABŞ Yaponiyaya nüvə zərbələri endirib. Xirosima və Naqasaki şəhərləri bombalanıb.