Venesiya Film Festivalının təşkilatçıları festivalın haker hücumunun qurbanı olması, nəticədə onun akkreditə olunmuş iştirakçılarının şəxsi məlumatlarının oğurlanması barədə iştirakçılara məlumat verməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Hücum naməlum şəxslərin festivalın serverlərində saxlanılan sənədlərə, o cümlədən iştirakçıların adları, e-poçt ünvanları, telefon nömrələri, vergi nömrələri və poçt ünvanlarına giriş əldə etdikdə baş verib.
Bu məlumat hücumçular tərəfindən "kopyalanıb". Təşkilatçıların sözlərinə görə, festivalın İT mütəxəssisləri vəziyyətə tez müdaxilə edib və hücuma məruz qalan sistemləri təcrid ediblər, səlahiyyətli orqanlar dərhal məlumatlandırılıb və bərpa əməliyyatlarına başlanılıb.
Mütəxəssislər xatırladır ki, bu, Avropanın böyük kinofestivalına ilk haker hücumu deyil. 2022-ci ildə botlar Kann Film Festivalının bilet satış sisteminə hücum edib.
82-ci Venesiya Film Festivalı avqustun 27-dən sentyabrın 9-dək keçiriləcək.