06 avqust 2025 23:48
130

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Kartlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü, Gəncə sakini Muraz İbrahim oğlu Qasımov Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağdaş rayon sakini 1967-cu il təvəllüdlü Hacıyev Rövşən Vəli oğlunu vurub.

Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb .Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Fakta bağlı araşdırma aparılır.