Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın ölkə mallarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiqi qərarını sərt şəkildə şərh edib.
“İki sahil” xəbər verir ki, bu barədəd "Reuters" məlumat yayıb.
Tariflərin tətbiqindən sonra ilk açıq bəyanatında Modi Hindistanın fermerlərinin, balıqçılarının və süd məhsulları istehsalçılarının maraqları üçün güzəştə getməyəcəyini vurğulayıb:" Bunun üçün yüksək qiymət ödəməli olsam, hazıram."
Donald Tramp bir gün əvvəl Hindistan məhsullarına 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Nəticədə ümumi tariflər 50%-ə çatıb. Amerika lideri bu qərarı Hindistanın Rusiya neftini alması və ikitərəfli ticarət danışıqlarında irəliləyişin olmaması ilə əsaslandırıb.