1990-cı illərdə “Lois & Clark: The New Adventures of Supermenin” serialındakı "Supermen" rolu ilə məşhurlaşan amerikalı aktyor Din Keyn vətənpərvərlik məqsədi ilə İmmiqrasiya və Gömrük Mühafizə Orqanlarına (ICE) qoşulur.
“İki sahil” xəbər verir ki, aktyor "Fox News"a bildirib ki, ölkə populyar olub-olmamasından asılı olmayaraq vətənpərvərlərin addım atması və doğru olanı etməsi üzərində qurulub.
Din Keynin sözlərinə görə, o, həqiqətən də ICE-yə qoşulmağın "doğru iş" olduğuna inanır.
Keyn onu da bildirib ki, o, təkcə aktyor deyil, həm də ehtiyatda olan polis zabitidir və bir vaxtlar şerif müavini kimi and içib, ona görə də müəyyən təcrübəyə malikdir. Keçmiş "Supermen"in fikrincə, ABŞ "dağıdılmış" immiqrasiya sistemini yenidən qurmalıdır: "Konqres bunu düzəltməlidir, prezident Tramp işə qarışıb və bu problemi həll edir. O, bütün bunları həll edəcək, mən də öz işimi görüb bu məsələnin sona çatmasına kömək edəcəyəm".