09 avqust 2025 13:13
127

Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb

Üç Tailand əsgəri Kamboca ilə sərhəddə minaya düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Tailand ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, əsgərlər sərhəddə patrul xidməti həyata keçirərkən əsgərlərdən biri minaya basıb. Partlayış nəticəsində əsgərlərdən biri ayağını itirib, ikisi isə yaralanıb.

Onların hazırda xəstəxanada müalicəsinin davam etdiyi bildirilir.