Türkiyənin “Sabah” qəzeti Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyədən olan şəhid ailələrinin üzvləri ilə görüşü barədə çoxmilyonlu oxucu auditoriyasına məlumat verib.
“İki sahil” xəbər verir ki, məqalədə “Yaşat” Fondu tərəfindən dəvət olunmuş şəhid ailələri üzvlərinin Bakıya səfər etdiyi qeyd olunur. Müdafiə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev də iştirak edib.
Nəşrdə Zakir Həsənovun çıxışından sitatlar təqdim olunaraq, şəhid ailələrinə göstərilən daimi diqqətin əhəmiyyəti vurğulanıb.
“Görüş iştirakçıları Türkiyə və Azərbaycan arasında tarixi dostluq və qardaşlığın daha da möhkəmlənməsindən məmnunluqlarını ifadə ediblər”, – deyə məqalədə qeyd olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub