09 avqust 2025 14:32
122

Rusiyada istehsalat sahəsində baş vermiş partlayış nəticəsində 27 nəfər xəstəxanaya yerləşdirilib

Rusiyanın Başqırdıstan Respublikasında “Başkirskaya sodovaya kampaniya” ASC-nin “Kaustik” istehsalat sahəsində partlayış baş verib.

“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, Sterlitamak şəhərində kərpicdən tikilmiş binada qaz-hava qarışığı sonradan yanma olmadan partlayıb.

Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, baş vermiş insident nəticəsində 27 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 21-i reanimasiya və intensiv terapiya bölmələrindədir.