09 avqust 2025 23:06
106

Gəncədə mübahisə zəminində iki nəfər bıçaqlanıb

Gəncə şəhərində mübahisə zəminində iki nəfər bıçaq xəsarəti alıb.

“İki sahil” xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü E. Məmmədov və 2001-ci il təvəllüdlü R.Rüstəmov mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Hər iki yaralı xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.