09 avqust 2025 23:41
99

Eyfel qülləsindən paraşütlə tullanan şəxs saxlanılıb

Paris polisi şənbə günü səhər Eyfel qülləsindən paraşütlə tullanan şəxsi saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Le Journal du Dimanche" qəzeti yazıb.

Nəşrin məlumatına görə, üç gənc Eyfel qülləsinə 05:20-də (Bakı vaxtı ilə 07:20), abidənin ziyarətçilər üçün bağlı olduğu vaxt çıxıb.

Bir saat sonra onlardan biri paraşütlə qüllədən tullanıb və yerdə onu polis saxlayıb. Qeyd olunub ki, qanun pozucuları “memarlıq abidəsi olan binaya icazəsiz daxil olmaqda” ittiham olunublar.

Onların hərəkətləri ilə bağlı şikayət Eyfel Qülləsinin İstismar Cəmiyyətinin (SETE) nümayəndəsi tərəfindən verilib.