Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 800 m² olan istixananın yanar konstruksiyaları, 5 ha sahədə quru ot və müxdəlif növ ağaclar yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.