10 avqust 2025 00:06
115

Tovuzda baş nahiyəsində xəsarət izləri olan kişi meyiti tapılıb

Tovuzda su arxının yaxınlığında kişi meyiti tapılıb.

Rayonun Dondar Quşçu kəndində aşkarlanan orta yaşlı kişi meyitinin kimə məxsus olduğu və onun ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, meyitin baş nahiyəsində gözlə görünən xəsarət izləri də aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

“Report”