Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı vərəqə ilə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü R.A saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda ittiham olunaraq 2013-cü ildən Azərbaycan Respublikası tərəfindən axtarışdadır.
Qeyd edilir ki, hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekstradisiyadan əvvəlki prosedurlar davam etdirilir.
Oxu.Az