Ağdaş rayonunun 17 kəndində qaz təchizatının verilişində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən 17 kəndi təbii qazla təmin edən diametri 219 mm olan ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədi ilə bu gün saat 9:00-dan işlər yekunlaşanadək Şəmsabad ölçü qovşağından 17 kənddə 3 565 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilib