12 avqust 2025 13:13
190

Çin dünyanın ən böyük gəmiqayırma şirkətini yaradır

Bu həftə Çin iki dövlət gəmiqayırma şirkətinin birləşməsini başa çatdıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilir ki, birləşmə 16 milyard dollar dəyərində qiymətləndirilir. China State Shipbuilding (CSSC) və China Shipbuilding Industry-nin birləşməsi qlobal bazarda 17% paya və təxminən 18 milyard dollar ümumi gəlirə malik dünyanın ən böyük gəmiqayırma şirkətini yaradacaq. Birləşməyə ümumi dedveyti 54 milyon ton olan 530-dan çox gəmi daxildir ki, bu da dünyada ən yüksək göstəricidir.

CSSC və China Shipbuildis Industry əvvəlcə bir şirkət idi, lakin 1999-cu ildə rəqabəti artırmaq üçün Çin hökumətinin qərarı ilə bölündü. Amma indi dövlət şirkətlərinin ilk növbədə hərbi istehsalla əlaqəli sahələrdə konsolidasiyasını nəzərdə tutur. Bu iki şirkət əsasən kommersiya məqsədi daşıyır, lakin CSSC həmçinin Çin Dəniz Qüvvələri üçün böyük sifarişləri yerinə yetirir və Çin Gəmiqayırma Sənayesi Çinin ilk təyyarədaşıyan gəmisi Shandong-u dizayn edib inşa edir.