12 avqust 2025 14:27
220

Hindistan Rusiyadan neft idxalını dayandırıb?

ABŞ prezidenti Donald Trampın Hindistanın ixracına əlavə rüsumlar tətbiq etməklə hədələmələrinə baxmayaraq, Rusiyadan Hindistana neft tədarükü davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Dörd həftə ərzində Hindistana dəniz vasitəsilə Rusiya neftinin tədarükünün orta həcmi sutkada 3,11 milyon barel təşkil edib ki, bu da əvvəlki rəqəmlərdən cəmi 3% azdır.

“Hindistana əlavə rüsumların tətbiqi təhlükəsi Rusiya limanlarından neft tədarükünə təsir etməyib”, - deyə, mənbə qeyd edib.