12 avqust 2025 15:40
194

Çindən gözlənilən Tramp-Putin görüşü ilə bağlı AÇIQLAMA

Çin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün göstərilən bütün səyləri dəstəkləyir və bu məsələdə Rusiya və ABŞ-ın qarşılıqlı fəaliyyətini alqışlayır.

“İki sahil” xəbər verir ki, bu barədə "World.People.сn" məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian prezidentlər Vladimir Putin və Donald Tramp arasında gözlənilən danışıqları belə şərh edib: "Çin ümid edir ki, bütün tərəflər və maraqlı tərəflər uyğun vaxtda sülh danışıqlarında iştirak edəcək və ədalətli, uzunmüddətli, məcburi və qarşılıqlı məqbul sülh razılaşmasına ən qısa zamanda nail olacaqlar.".

Vladimir Putin və Donald Tramp arasında danışıqlar avqustun 15-də Alyaskada keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, liderlər Ukraynadakı münaqişənin həlli variantlarını müzakirə edəcəklər.