13 avqust 2025 10:30
440

Doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib - Qaradağda

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 2 paq.m mebel yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.