Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.
Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.
İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi başa çatıb
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə iyul ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb