15 avqust 2025 22:35
136

Biləsuvarda “Konstitusiya və Suverenlik İli” çərçivəsində şahmat turniri keçirlib

Avqust ayının 15-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində şahmat turniri keçirlib.

Açlış mərasimində YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emin Mustafayev, turnir iştirakçıları və oyunlara hakimlik edəcək şəxslər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı bildirib ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər və şahmat məktəbləri istifadəyə verilib. K.Qurbanlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Bu proses indi də davam edir və şahmatın inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.

Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emin Mustafayev çıxış edərək bildiriblər ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri bir çox beynəlxalq yarışlarda, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tuturlar. Biləsuvar rayonunda da şahmat idman növü daim inkişafda olub. Təsadüfü deyil ki, Biləsuvardan olan şahmatçılar, həm respublika, həm də beynəlxalq səviyyəli turnirlərdə rayonumuzu və respublikamızı yüksək səviyyədə təmsil edərək nailiyyətlər əldə ediblər. Bu ənənələr bu gündə davam edir. Əminik ki, keçirdiyimiz bu kimi turnirrlər bu idman növünün gələcəkdə də rayonumuzda populyarlığının qorunub saxlanılmasına öz töhfəsini verəcəkdir.

Maraqlı qarşılaşmalarla yadda qalan və səmimi idman mübarizəsi şəraitində keçirilən yarışmada iştirakçılardan İsmayılzadə Mətləb Rəşid oğlu I yer, Mustafayev Emin Mübariz oğlu II yer, Şərbətov Fürsət Xeyrulla oğlu III yer tutmuşlar.

Tədbirin sonunda turnirin qaliblərinə diplom və medallar təqdim edilərək, xatirə şəkli çəkilmişdir.

Zamin Məmmədov, "İki sahil"