16 avqust 2025 10:52
131

"Kəpəz" yeni transferini açıqlayıb

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" daha bir futbolçu transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

"Sarı-göylər" Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fildişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu son olaraq Belarusun BATE klubunda çıxış edib.