"Nottingem Forest" "Renn"in futbolçusu Arno Kalimuendo ilə razılıq əldə edib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə klubu 23 yaşlı mərkəz hücumçusunun transferi üçün 31.5 milyon avro ödəyəcək. Sırada fransalı oyunçunun tibbi müayinədən keçməsidir.
Qeyd edək ki, Arno Kalimuendo karyerası ərzində 221 oyuna çıxaraq 101 qol vurub və 25 qolun ötürməsini edib. Onun "Renn"lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.