17 avqust 2025 11:15
135

“The Telegraph”: Putin bütün Donetsk vilayətini döyüşsüz istəyir

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin müharibənin dayandırılması müqabilində Ukraynanın şərqindəki mühüm ərazilərin Moskvaya verilməsi planını dəstəklədiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən xəbər verib.

Qeyd olunub ki, Kreml Ukraynadan hazırda bəzi hissələri Kiyevin nəzarətində olan Donetsk bölgəsini verməsini tələb edib.

Buna cavab olaraq Putin cəbhə xəttini donduracağını və növbəti hücum hərəkətlərini dayandıracağını vəd edib. KİV-in məlumatına görə, bu tələblər Putinin Alyaskada Trampla görüşündə səsləndirilib.