17 avqust 2025 15:02
123

MPL-nin ilk turu onlar üçün əlamətdar olub - FOTO

Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turu “Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov və “Turan Tovuz”un yarımmüdafiəçi Filip Ozobiç üçün əlamətdar olub.

İki sahil” PFL-nin saytına istinadla xəbər verir ki, Misli Premyer Liqasının I turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.

O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.

“Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi Filip Ozobiç isə Premyer Liqada 200-cü oyununu keçirib. Yubileyi “İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.

Filip Premyer Liqada 2016/17 mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçi “Qarabağ”da 95 (35 qol), “Neftçi”də 58 (15 qol), “Qəbələ”də 46 (16 qol) və “Turan Tovuz”da 1 oyuna çıxıb.

Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.